“TEXNORENT komandası olaraq Avropa və Dünya keyfiyyət standartlarına uyğun olan ağır texnika və müxtəlif avadanlıqların icarəsini və satışını həyata keçiririk. Ölkəmizdə iri həcmli şəhərsalma və yol infrastruktur işləri getdikcə artır və şirkətlər bu işləri yerinə yetirmək üçün müəyyən texnikalara məsələn: kran, ekskavator, buldozer, greyder, qaldırıcı platforma və s ehtiyac duyurlar. Qeyd etmək lazımdır ki, sözügedən avadanlıqların alınması, habelə saxlanılması böyük maliyyə xərcləri tələb edir. "TEXNORENT" bunu nəzərə alaraq sizi hər növ inşaat texnika və avadanlıqları ilə təmin edərək işinizi dəqiq və yüksək səviyyədə irəli aparır. Mobil servisimiz sayəsinde işlər kəsintisiz və vaxtında yerinə yetirilir. Əsas prinsipimiz biznes tərəfdaşlarımıza keyfiyyətli, sürətli və etibarlı xidmət göstərmək, eyni zamanda səmərəli həll yolları ilə tərəfdaşlığımızı daha da möhkəmləndirməkdir.